YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabranlılar YAP-ın namizədi Sadiq Qurbanovu millət vəkili görmək istəyir

54 saylı Şabran-Siyəzən seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Sadiq Qurbanov növbəti görüşlərini təhisl işçiləri və Sincanboyad-Padar kənd sakinləri ilə keçirib.

Görüşlərdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə ilk Parlamentinin formalaşdırıldığı vaxtdan bu günə qədər keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası hakim və ümumxalq partiyası statusuna layiq olduğunu sübut edərək seçkilərdə mütləq qalibiyyətini təmin edib. 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərinə də partiyamız ciddi hazırlaşıb. O cümlədən, VI çağırış Milli Məclisə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.

Böyük ruh yüksəkliyi ilə keçən görüşlərdə Sadiq Qurbanov seçicilərə fəaliyyəti haqqında məlumat verib, Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, eləcə də, ölkədə gedən kadr, iqtisadi-siyasi islahatlardan danışıb.

Seçicilər isə bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.

Səmimi söhbət zamanı Sadiq Qurbanov seçiciləri maraqlandıran sualları cavablandırıb, onları narahat edən bir neçə problemlə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağını bildirib.