YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlax seçiciləri YAP-ın namizədlərinə inanır

48 saylı Yevlax seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputalığa namizədi İlham Məmmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun ən böyük kəndlərindən biri olan Malbinəsində oldu.

Görüşü açıq elan edən deputatlığa namizədin vəkili Vaqif Əliyev Yeni Azərbaycan partiyasının ölkənin ictimai- siyasi həyatındakı uğurları barədə məlumat verərək , partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu açıqladı.

Sonra çıxış edən İlham Məmmədov görüş iştirakçılarını salamlayaraq ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirdi. O, qeyd etdi ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz inkişaf edir. Bu inkişafdan Yevlax rayonuna da pay düşür.Dövlət başçısının sosial sahədə həyata keçirdiyi islahatlardan danışan İlham Məmmədov , millət vəkili seçiləcəyi təqdirdə həmişə olduğu kimi yenə də onların yanında olacağını və onları narahat edən məsələlərin həllinə çalışacağını bildirdi. İlham Məmmədov seçki platforması haqqında danışdı, eləcə də 15 il ərzində gördüyü işlərin hesabatını seçicilərin diqqətinə çatdırdı.O, seçiciləri «Daha güclü Azərbaycan naminə !» şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən seçicilər seçki günü YAP-ın namizədinə səs verəcəklərini, hər zaman cənab Prezident İlham Əliyevin ətrafında olduqlarını və dağıdıcı qüvvələrə bu ölkədə yer olmadığını bildirdilər. Səmimi keçən görüşdə sakinlərin sualları cavablandırıldı. , təklif və problemlərinin qeydiyyatı aparıldı. Seçicilərin fəallığı ilə keçən görüşdə etimad və güvənlərinə görə onlara təşəkkür edən İlham Məmmədov hər bir seçicini 9 fevral tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə aktiv olmağa çağırdı