YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Hikmət Babaoğlu 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunan uşaqları ziyarət edib

Yeni Azərbaycan Partiyasının 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayonu ərazisində yerləşən 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinin uşaq bölməsinə ağır yanıq diaqnozu ilə  yerləşdirilən, hərbçi ailəsinin 11 yaşlı övladı Ümid Məftun oğlu Əhmədovu və xəstəxananın reanimasiya şöbəsində müalicə olunan  5 yaşlı Elmira Elçin qızı İsmayılovanı ziyarət edib.

Deputatlığa namizəd uşaqların səhhəti ilə maraqlanıb, onlara şəfa arzulayıb. 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov uşaqların  vəziyyətilə bağlı deputatlığa namizədə məlumat verib. Qeyd edib ki, uşaqların öz sağlamlıqlarına qovuşması üçün bütün lazımi tibbi tədbirlər görülür və onların durumu  ciddi  nəzarətdə saxlanılır.

Deputatlığa namizəd Hikmət Babaoğlu uşaqların valideynləri ilə də söhbət edib, onların övladlarına şəfa diləyib.

DİGƏR Xəbərlər Arxiv