YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

91 saylı Ucar seçki dairəsindən YAP-ın namizədi Ramil Həsən Ucar gəncləri ilə görüşüb

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ramil Həsən parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Ucar rayon təşkilatının qərargahında rayon gənclərinin nümayəndələri ilə görüş keçirib.

Görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq qeyd edib ki, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısının hərtərəfli inkişafı üçün geniş şərait yaradılıb, gənclərlə bağlı müxtəlif Dövlət Praqramı qəbul olunub, yaradıcı gənclər dünyanın müxtəlif ölkələrində beynəlxalq tədbirlərdə respubilkamızı təmsil edirlər. Bu sahədə Prezdentimiz İlham Əliyev və ölkənin Birinci vitse-prezdenti Mehriban xanım Əilyevanı gənclərə olan xüsusi rəğbəti, qayğısı çox aydın duyulmaqdadır. Bildirilib ki, Ucar rayonunda fəaliyyət göstərən idarə və müəssələrdə işləyənlərin 1087 nəfəri Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərdir.

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ramil Həsən çıxış edərək 1992-ci ilin noyabrında tarixi zərurətdən yaranan, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında da gənclərin böyük çoxluq təşkil etməsi Ümumili Lider Heydər Əliyevin onlara diqqət və qayğısından qaynaqlanır. Yeni Azərbaycan Partiyası seçkilərə möhtəşəm hesabatı və növbəti beş il üçün böyük proqram ilə gedir.

Daha sonra Ucar rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Nuru Piriyev, Qarabağ Müharibəsi Əliləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ucar rayon şəbəsinin sədri Rahib Rəsulov, Qazyan kənd sakini, Bakı Dövlət Universitetinin beyənalxalq münasibətlər və iqsadiyyat fakültəsinin I kurs tələbəsi Aytən Məmmədova, Müsüslü kənd sakini Azərbaycan Dövlət Texnologiya Universtetinin III kurs tələbəsi Emil Mikayılov, Şahlıq kənd sakini Səid Nəbiyev çıxış edərək Azərbaycan gəncliyini 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv