YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2 Fevral Gənclər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Fevralın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və Mənzil İnşaatı Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatı birgə  2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə ağacəkmə aksiyası təşkil edib.  Bu aksiya Mənzil İnşaatı Dövlət Agentliyinin istifadəyə verdiyi Yasamal Yaşayış Kompleksinin ərazisində ikinci dəfədir ki, təşkil olunub.

Tədbirin əsas məqsədi Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş Azərbaycanda  “Könüllülər ili” çərçivəsində gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitin qorunması ideyasını aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli könüllülük fəaliyyətinə səsləməkdir.

YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü  Məlahət İbrahimqızı 2 Fevral - Gənclər Günü münasibəti ilə gəncləri təbrik edərək bildirib: “2 Fevral Gənclər Günü 23 il əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilib. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev dövlət gənclər siyasətini uğurla davam etdirir. Ölkə başçısı çıxışlarında gənclərə güvəndiyini deyir, onları millətin, dövlətin  gələcəyi adlandırır. Hazırda ölkəmizdə gənclərə xüsusi önəm verilir. Azərbaycan gəncləri demək olar ki, bütün sahələrdə uğur qazanırlar. Onların bir qismi səngərlərdə Vətənin keşiyini çəkir, bəziləri mötəbər yarışlarda bayrağımızı ucaldır. Dünyanın aparıcı universitetlərində təhsil alan, öz intellekti, biliyi, bacarığı ilə seçilən gənclərimiz də var”.

Aksiya zamanı ərazidə 200-ə yaxın ağac əkilib, həmçinin ərazidə keçən il əkilmiş Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət 100-dən çox bitkiyə qulluq göstərilib.

DİGƏR Xəbərlər Arxiv