YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəfəq Əhmədovanın seçicilərlə görüşü keçirilib

Yanvarın 29-da YAP Xəzər rayon təşkilatında parlament seçkilərinin təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən namizədliyi 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüş Şəfəq Əhmədovanın seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirib ki, istənilən partiyanın gücü, qüdrəti, o cümlədən elektoratının sayı məhz seçkilərin nəticəsinə əsasən müəyyənləşdirilir. Keçirilən hər bir seçki ölkədə vətəndaş cəmiyyətinin inkişafına, siyasi partiyaların seçki strategiyasının müəyyənləşdirilməsinə önəmli töhfə verir. Seçmək, səs vermək, millətin gələcək müqəddəratı ilə bağlı proseslərdə iştirak etmək xalq və dövlət qarşısında daşıdığımız məsuliyyətin təzahürüdür. Bu baxımdan Azərbaycanda keçirilən hər bir seçki ölkəmizdə demokratiyanın inkişafında böyük əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında YAP namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla həyata keçirilir. YAP-ın böyük seçki təcrübəsi var. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu siyasi təşkilata böyük etimad göstərdiyini təsdiq edir.

Milli Məclisə deputatlığa namizəd Şəfəq Əhmədova çıxış edərək bildirib ki, inkişaf davamlı prosesdir: “Zaman dəyişir, insanlar dəyişir, cəmiyyət dəyişir. Dəyişikliklər isə hər dəfə yeni şərtlər meydana gətirir, yeni şərait ortaya çıxarır. Əsas odur ki, bu problemlərin həlli istiqamətində lazımi tədbirlər görülür. Bir ölkədə, bir cəmiyyətdə inkişafı şərtləndirən əsas amillər siyasi iradə, davamlı islahatlar və xalqın həyata keçirilən siyasətə dəstəyidir. Azərbaycanda bu şərtlərin hamısı mövcuddur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımlar, həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının ən yüksək həyat şəraiti ilə təmin olunmasıdır. Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mən bu etimadı doğruldacağıma, sizin səslərinizə layiq olacağıma söz verirəm.”

Tədbirdə təhsil sahəsində çalışan seçicilər çıxış edərək Şəfəq Əhmədovanın fəaliyyətini yüksək qiymətləndirərək hamını 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərində ona səs verməyə çağırdılar.