YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Hicran Hüseynova seçicilərlə növbəti görüşünü keçirib

 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında gənclərlə, həmçinin şəhərin 10-cu mikrorayon sakinləri ilə növbəti görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov gəncləri salamlayaraq ilk öncə 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərlə bağlı onları məlumatlandırdı. R.Hüseynov qeyd etdi ki, biz gənclərə, onların gücünə inanırıq və əminik ki, bu seçkilərdə də onlar fəallıq göstərəcək, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər. Daha sonra çıxış edən İsgəndər İsgəndərov gənclərlə bir arada olmaqdan məmnunluğunu ifadə etdi. İ.İsgəndərov dövrümüzdə uşaq və gənclərlə bağlı bir sıra aktual məsələləri, o cümlədən erkən nikah, təhsildən yayınma məsələlərini vurğulayaraq əminliklə bildirdi ki, YAP tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynova bu istiqamətdə aktiv fəaliyyət göstərəcək, qanunvericilikdə müvafiq dəyişiklikərin aparılması istiqamətində səylə çalışacaqdır.

Çıxış edən Şakir Abuşov bildirdi ki, Sumqayıt gəncliyi aktivdir, bugün onlar ölkədə gedən proseslərdə aktiv iştirak edir və onlar da bu seçkilərdə fəallıq göstərəcəklər. Şakir Abuşov həmçinin qeyd etdi ki, Sumqayıt şəhərində qadın namizəd-Hicran Hüseynovanın dəstəklənməsi və ona səs verilməsini bildirdi. O, həmçinin Hicran Hüseynovanın Komitə sədri olaraq ailə, qadın və uşaq məsələləri sahəsində gördüyü işlərdən danışdı.

Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin dekanı Adil Baxşəliyev Azərbaycanın müstəqillik əldə etdikdən sonra ölkdə gedən sosial-iqtisadi inkişafı, siyasi islahatları qeyd etdi. O bildirdi ki, ölkədə gedən proseslərdə də gənclərin rolu var və gənclər bu işdə fəal olmalıdırlar.

Daha sonra gənclər adından çıxış edənlər- gənc fəal Xəyal Yusifzadə və YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Fərid Qafarova gəncləri YAP-ın namizədi olan Hicran Hüseynovaya səs verməyə çağırdılar.

Sonda çıxış edən Hicran Hüseynova gənclərlə görüşündən məmnun olduğunu bildirdi. O, dövlətin gənclər siyasəti və ölkə Prezidenti cənab İlham Əliyevin gənclərlə bağlı çıxışlarını, fikirlərini onlara çatdırdı. H.Hüseynova bildirdi ki, bugün ölkədə uşaq və gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılır, bu sahədə dövlət proqramları qəbul edilir və uğurla icra olunur.

Hicran Hüseynova həmçinin, gənclərə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsi barədə məlumat verdi və qeyd etdi ki, bu müsabiqə istedadlı, perspektivli gənclərin toplanması, kadr ehtiyatı bazasının yaradılması məqsədini daşıyır. O gəncləri, xüsusilə qızları bu müsabiqədə aktiv iştirak etməyə dəvət etdi.