YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Ramil Həsən Ucarın Qaradağlı və Çiyni kənd sakinləri ilə görüşüb

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ramil Həsənin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qaradağlı və Çiyni kənd sakinləri ilə görüşləri keçirilib.

Görüşləri YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə  getdiyini bildirib.

Tədbirdə partiyanın namizədi Ramil Həsən çıxış edərək YAP-ın seçki proqramı, Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bölüşüb.  

Görüşdə Qaradağlı kənd sakinləri Təranə Əzizova, Natiq Məmmədov, Səbirə Şahvələdova, Zinyət Şamilova, Musa Hacıyev, Yusif Məmmədov, Aytən Hidanova çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.

Daha sonra Ramil Həsən şəhid Azər Həsənovun qardaşı Əbülfət Həsənov, şəhid Qurban Əhmədovun anası Tümən Əhmədova, şəhid Mirzəhüseyn İbrahimovun anası Şəriqə İbrahimova, şəhid Rüstəm Əliyevin atası Şəmil Əliyev, şəhid Mahmud Talıbovun anası Dostuxanım Talıbova, şəhid Qadir Məmmədovun valideyinləri və ailə üzvləri, şəhid Mirsaab Hüseynovun qardaşı Əlisahib Hüseynov, şəhid Firavan Hüseynovun qardaşı Roman Hüseynov,şəhid Eldəniz Əhmədovun qardaşı Fəzail Əhmədovun ailəsi, IX-X çağırış Azərbaycan Respubilkası Ali Sovetinin deputatı Zenfira Abdullayeva ilə evlərində görüşüb.