YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Zelenski: Ukrayna hökuməti SOCAR ilə birgə layihələr həyata keçirəcək

Ukrayna hökuməti SOCAR ilə birgə neft və qaz nəqli sahəsində layihələr həyata keçirəcək.

Bu fikri SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşündə Prezident Vladimir Zelenski söyləyib.

Görüşdə tərəflər Ukraynanın qaz nəqliyyatı sahəsinə sərmayə imkanlarını müzakirə ediblər.

V.Zelenski ötən ilin dekabrında Azərbaycana səfəri zamanı Ukraynada SOCAR-ın işi haqqında əldə olunmuş razılaşmaların reallaşdırılmasının əhəmiyyətini qeyd edib.

Görüşdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və Ukrayna nümayəndəliyinin rəhbəri Elçin Məmmədov da iştirak ediblər.