YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan və Ukrayna Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnar və Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov arasında keçirilən görüşdə Prezident Vladimir Zelenskinin Bakıya rəsmi səfəri zamanı əldə olunan razılaşmaların icrası məsələləri müzakirə edilib.

X.Xələfov iki ölkənin Xarici İşlər nazirlikləri arasında mütəmadi olaraq siyasi məsləhətləşmələr aparılmasının əlaqələrin daha da inkişafı baxımından faydalı olduğunu diqqətə çatdırıb. Azərbaycan və Ukraynanın strateji tərəfdaş olduğunu bildirən X.Xələfov ölkəmizin Ukrayna ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu xüsusilə qeyd edib.

V.Bodnar Azərbaycanla strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin, eləcə də regional təhlükəsizliyin təmin edilməsinin Ukrayna üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tərəflər Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində aparılan siyasi dialoqun əlaqələrin dinamik inkişafına güclü təkan verdiyini vurğulayıblar.