YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

90 saylı Ağdaş seçki dairəsindən Ağdaşlı seçicilərin seçimi Cavid Osmanovdur

Milli Məclisə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının 90 saylı Ağdaş seçki dairəsindən namizədi Cavid Osmanovun seçiciləri ilə keçirdiyi növbəti görüş rayonun Türyançay qəsəbəsinin sakinləri və su təsərrüfatı işçiləri ilə oldu.

Seçicilər qarşısında çıxış edən Cavid Osmanov keçiriləcək Parlament seçkiləri və onun keçirilmə zərurəti haqqında ətraflı məlumat verdi. O, 3 il ərzində Milli Məclisdəki fəaliyyəti, rayon seçiciləri ilə keçirdiyi görüşlər və gördüyü işlərin qısa hesabatını seçicilərinin diqqətinə çatdırdı. Cavid Osmanov  bundan sonra da hər zaman ağdaşlıların yanında olacağını və rayonun inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini  vurğuladı. Son illər ərzində ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, kadr və struktur islahatları haqqında geniş məlumat verən  Cavid Osmanov insanların sosial rifah halının gündən-günə yaxşılaşdığını və ölkədə hər bir sahədə davamlı inkişafa nail olunduğunu qeyd etdi. Bildirdi ki, melorasiya və su təsərrüfatı sahəsində də böyük işlər görülmüş və bu gün də uğurla davam edir.

Geniş və əhatəli çıxış edən Cavid Osmanov son 16 il ərzində ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan - həyata keçirilən beynəlxalq əhəmiyyətli və eləcə də respublika miqyaslı layihələrdən də söz açdı. Bütün görülən işlərin ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində ərsəyə gəldiyini qeyd edən deputatlığa namizəd ölkəmizdə həyata keçirilmiş islahatlar və xüsusi ilə də vətandaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində imzaladığı fərman və sərəncamlar barədə geniş məlumat verdi. İnsanların sosial rifahının yüksəldilməsi üçün atılan bu addımların ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını vurğulayan Cavid Osmanov bildirdi ki, Prezidentimiz cənab İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Respublikamızda əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Ölkəmizin sosial-iqtisadi cəhətdən inkişafı davamlı xarakter daşıyır. İslahatların ardıcıl olaraq həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir. Çıxışı zamanı son illərdə  Ağdaş rayonunun sürətlə inkişaf etməsinə və bu inkişafın səbəbinin Yeni Azərbaycan Partiyasının sədri, cənab prezidentimiz İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətin olmasına toxunan Cavid Osmanov ağdaşlıların məhz bunun üçün də Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdiyini qeyd etdi. Cavid Osmanov vurğuladı ki, keçirilən bütün görüşlərdə seçicilərin ona yekdilliklə dəstək olmaları da ağdaşlıların dövlətə-dövlətçiliyə, Yeni Azərbaycan Partiyasına olan sədaqətindən irəli gəlir. Çıxışının sonunda Cavid Osmanov göstərdikləri dəstəyə və etimada görə seçicilərinə dərin minnətdarlığını bildirdi.

Görüşdə çıxış edən seçicilər bildirdilər ki, onlar bütün seçki kampaniyalarında fəal şəkildə iştirak ediblər. Öz seçimlərini isə Yeni Azərbaycan Partiyası namizədlərini açıqlayan zaman Cavid Osmanovun adının yenidən bu siyahıda görən zaman ediblər. Onlar görülən işlərin, həyata keçirilən uğurlu layihələrin qarşılığı olaraq daha güclü Azərbaycan naminə məhz Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanova səs verəcəklər.

Sonda seçiciləri maraqlandıran suallara cavab verildi və xatirə şəkilləri çəkdirildi.