YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunun rus seçiciləri YAP-ın namizədlərinə səs verəcək

Doqquz fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 25 saylı Nizami ikinci seçki dairəsindən Vəliyeva Sədaqət Süleyman qızının və 24 saylı Nizami birinci seçki dairəsindən Mustafayev Elnur Elşad oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun rus seçiciləri ilə görüş keçirilib.

Sakinlərilə keçirilən görüşdə YAP-ın namizədlərinin ötən 5 il ərzindəki fəaliyyəti barədə hesabat verilib və növbəti 5 illik üçün proqram və platformaları barədə seçicilərə məlumat çatdırılıb.

Sonra Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin sədri Vitaliy Kovalyov, icmanın rayon şöbəsinin Gənclər Birliyinin sədri Regina Kovalyova, seçici Fedor Batyukov və başqaları çıxış edərək bildiriblər ki, bütün seçkilərdə olduğu kimi qarşıdan gələn parlament seçkilərində də rayonun rus seçiciləri YAP-ın namizədlərinə səs verəcək.

Sonda çıxış edən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 25 saylı Nizami ikinci seçki dairəsindən Vəliyeva Sədaqət Süleyman qızı və 24 saylı Nizami birinci seçki dairəsindən Mustafayev Elnur Elşad oğlu seçicilərə öz təşəkkürlərini bildiriblər.

Sədaqət Vəliyeva bir daha qeyd edib ki, ötən 10 il ərzində ona səs vermiş seçicilərin etimadını doğrultmağa çalışıb. Sədaqət Vəliyeva seçiciləri aktiv olmağa və fevralın doqquzunda məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.

İclasdan sonra namizədlərlə görüşən seçicilər bir daha Vəliyeva Sədaqət Süleyman qızının ötən on ildəki deputat fəaliyyətindən razılıqlarını bildiriblər və qəti şəkildə deyiblər ki, yenidən Azərbaycanı sabit və dinamik tərəqqi edən ölkə kimi idarə edən Prezident İlham Əliyevin Sədri olduğu, seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən YAP-ın namizədi Vəliyeva Sədaqət Süleyman qızına, həmçinin Mustafayev Elnur Elşad oğluna səs verəcəklər.