YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyevin seçicilərlə görüşləri davam edir

Mərdəkan Mədəniyyət Mərkəzinin qarşısında parlament seçkilərinin təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən namizədliyi 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən irəli sürülmüş Rauf Əliyevin Mərdəkan, Buzovna, Şağan və Qala qəsəbə seçiciləri, ağsaqqal və ziyalıları, gəncləri ilə görüşü keçirilib.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisə deputatlığa namizəd Rauf Əliyev və Mərdəkan, Buzovna, Şağan və Qala qəsəbə seçiciləri, ağsaqqal və ziyalıları və o cümlədən gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkisində Rauf Əliyevə səs verməyə çağırıb.

Deputatlığa namizəd Rauf Əliyev çıxış edərək deputatlıq fəaliyyəti ərzində gördüyü işlərdən və qarşıda duran məsələlər barədə görüş iştirakçılarına məlumat verib. Tədbirdə çıxış edən seçicilər Rauf Əliyevin deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkisində ona səs verməyə çağırıblar.