YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Musa Quliyevin seçiciləri ilə məhəllə görüşləri davam edir

Yeni Azərbaycan Partiyasının 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədi Musa Quliyevin seçiciləri ilə məhəllə görüşləri davam edir.

Deputatlığa namizəd növbətini görüşünü Abbas Səhət küçəsinin sakinləri ilə keçirib. Görüşdə Musa Quliyev ölkəmizin daxili və xarici siyasətindəki uğurlarından danışmış, milli iqtisadiyyatımızın inkişafı üzrə strateji yol xəritəsinə uyğun olaraq yaxın illərdəki qarşıya qoyulan vəzifələri seçicilərinə izah etmişdir. Milli Məclisə növbədənkənar seçkilərin cənab Prezident İlham Əliyev tərəfindən başladılan dərin islahatların növbəti addımı olduğunu vurğulayan deputatlığa namizəd seçiciləri islahatlara dəstək verməyə, 9 fevralda keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə çağırmışdır. 

Bəzi seçicilər məşğulluğun təmin olunması və sənədsiz evlər ilə bağlı problemləri olduqlarını qeyd etmişlər. Deputatlığa namizəd Musa Quliyev bu problemlərin həlli istiqamətində öz seçki platformasında müddəalar olduğunu söyləmiş və bu məsələlərin həlli sahəsində səy göstərəcəyini vəd etmişdir.

Seçicilər Yeni Azərbaycan Partiyasının siyasi kursunu bundan sonrada dəstəkliyəcəyini bildirmişlər.