YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonunun Badamdar qəsəbəsi sakinləri ilə görüşdü

Yeni Azərbaycan Partiyasının 29 saylı Səbail seçki dairəsi üzrə namizədi Aytən Hüseynova təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Badamdar qəsəbəsi sakinləri ilə görüşdü.

Seçicilərə seçki platforması və seçiləcəyi təqdirdə deputat kimi qarşıya qoyduğu hədəflər haqqında ətraflı məlumat verən YAP namizədi sakinlərlə onları maraqlandıran məsələlər ətrafında müzakirələr apardı, onların təkliflərini dinlədi və müvafiq qeydlər apardı. Xoş əhval-ruhiyyədə keçən fikir mübadiləsi zamanı vurğulandı ki, vətəndaşın rifahı ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasətinin başlıca prioritetidir və sosial siyasət, ölkəmizin sosial-iqtisadi inkişaf göstəricilərinin ildən-ilə daha da yüksəlməsi hər zaman olduğu kimi partiyanın növbəti 5 il üçün nəzərdə tutulan əsas hədəfləri sırasındadır.

Yeni Azərbaycan Partiyasının siyasət kursuna dəstəklərini ifadə edən Badamdar qəsəbəsi sakinləri seçki günü məntəqələrə gələrək siyasi mövqelərini nümayiş etdirəcəklərini bildirdilər.