YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Əli Hüseynli Yevlax rayonu Aran qəsəbəsi könüllüləri ilə birlikdə ağac əkib

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında Sərəncamına əsasən Yevlax rayonu Aran qəsəbəsi könüllüləri qəsəbədəki Şəhidlər bağının bərpasına başlayıblar. Bağda abadlıq işləri aparılıb, ağaclar əkilib.

Onu da qeyd edək ki, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasından deputalığa namizəd Əli Hüseynli də Aran qəsəbə könüllülərinin təşəbbüsünə qoşulub. Belə ki, deputatlığa namizəd Şəhidlər bağının bərpa işlərində və yeni ağaçların əkilməsində könüllülərlə birgə fəal iştirak edib.

Bağda ağaclar əkdikdən sonra Əli Hüseynli ölkəmizdə başlamış könüllülər hərəkatı və onun gənclərin inkişafındakı rolu haqqında ətraflı danışıb, könüllü gənclərlə geniş fikir mübadiləsi aparıb.