YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd İlham Məmmədov Yevlaxın Yeni Çobankərə kəndində şəhid ailəsini ziyarət edib

48 saylı Yevlax seçki dairəsi üzrə YAP-dan deputatlığa  namizəd İlham Məmmədov təbliğat–təşviqat kompaniyası çərçivəsində rayonun Yeni Çobankərə kəndində şəhid atası Əsgərov Adil Mahmud oğlunun evində qonaq olmuşdur. Onun oğlu İmran Əsgərov torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanan, onların fikir və arzularını dinləyən İlham Məmmədov bildirib ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər hər zaman olduğu kimi bundan sonra da dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunacaq.

İlham Məmmədov həmçinin seçki platformasından da danışaraq, Yeni Azərbaycan Partiyasının bütün namizədlərinin Milli Məclisdə təmsil olunmağa layiq olduqlarını bildirib.

Görüşdə şəhid atası Adil Əsgərov bildirib ki, deputatlığa namizəd İlham Məmmədov bir millət vəkili kimi hər zaman onların problemləri ilə maraqlanıb. O, göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib. Bir ağsaqqal kimi 9 fevralda keçiriləcək parlament seçkilərində özünün, ailə üzvlərinin və kəndin əksər seçicilərinin seçiminin yalnız Yeni Azərbaycan Partiyasının namizədi olacağını bildirib.

Şəhid İmran Əsgərovun həyat yoldaşı Hicran Əsgərovanın səhhəti ilə maraqlanan İlham Məmmədov ona lazım olan bütün köməkliyin göstəriləcəyini qeyd edib.