YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir

«Çağdaş dünyamızda böyük siyasətlə məşğul olmaq hər kəsə nəsib olan iş deyil. Müasir dünyada son dərəcə dərin, hərtərəfli və eyni zamanda, mürəkkəb inteqrasiya prosesləri gedir. Qloballaşma müasir dünyada qarşısıalınmaz amilə çevrilib. Belə bir şəratdə Azərbaycana Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev rəhbərlik edir». Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olduğunu deyən deputatın sözlərinə görə, xalqımızın güzəranı günü-gündən yaxşılaşmaqda, yoxsulluğun səviyyəsi daha da azalmaqdadır.

«Az vaxt içərisində əldə edilən böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olub. Bu siyasətin gerçəkliyə çevrilməsində Heydər Əliyev yolunun layiqli davamçısı, Ulu öndərin siyasi varisi Prezident İlham Əliyevlə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır. Fikrimcə, Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, onun Prezidenti bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlaya bilir, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə etməyi bacarır, yurdumuzu gözlənilməz və gözlənilən  risklərdən uğurla qoruyur. Ölkə başçısı qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlaya bilir, öz Vətənini həyatın bütün sahələrində qələbədən qələbə qovuşdurur. Beləliklə də, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Bu siyasəti həyata keçirən siyasi varisin zəfər yürüşü davam edir»- deyə, Y.Mahmudov vurğulayıb.