YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi “Milad xeyriyyə bazar”ında iştirak edib

Monteneqroda keçirilmiş “Milad xeyriyyə bazar”ında Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi də təmsil olunub.
Tədbirdə Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov və yazıçı-jurnalist Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli insanların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabı, “Bakı” jurnalı, Azərbaycan uşaq şerlərinin Monteneqro dilinə tərcümə edilmiş “İzvor Radosti” (“Sevinc Qaynağı”) nəşri, milli mətbəximizin və incəsənətimizin nümunələrinə, İrəvan və Qarabağ xalçalarına dair kitablar nümayiş etdirilib. Tədbir iştirakçılarına ADA Universitetinin təhsil proqramı və fəaliyyəti ilə bağlı broşürlər paylanıb.
Tədbirdə, həmçinin nümayəndəliyimizin və Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr Mərkəzinin birgə dəstəyi ilə hazırlanmış, üzərində “Baku 1st European Games 2015” və “Azerbaijan Land of Fire” yazılarının həkk olunduğu köynəklər, “I Love Azerbaijan” yazılı papaqlar iştirakçılara paylanılıb, ölkəmizlə bağlı təqdimatlar və videoçarxlar nümayiş etdirilib. Təqdim olunan Azərbaycana aid suvenirlər və milli mətbəximizin ləziz təamları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda nümayəndəliyimiz tədbirdə fəal iştirakına görə və ən yaxşı dekorasiya dərəcələri üzrə sertifikatlarla təltif olunub. “Milad xeyriyyə bazar”ında Azərbaycanın təqdimatı Monteneqro televiziyası və mətbuatında geniş işıqlandırılıb.
Tədbirdən toplanılmış vəsait xeyriyyə fonduna köçürülüb.