Xəbərlər
Müdafiə Sənayesi Nazirliyi gələn il keçiriləcək hərbi sərgilərdə təmsil olunacaq
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) gələn il keçiriləcək beynəlxalq hərbi sərgilərdə iştirak edəcək.
Fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə “İDEX-2015” beynəlxalq müdafiə sərgisi və konfransı, mayın 5-dən 8-dək isə İstanbulda “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi hər iki sərgidə nümayəndə heyəti ilə təmsil olunacaq.