YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Astan Şahverdiyev: Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə yüksək qayğı göstərir

«Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə yüksək qayğı göstərir». Bu fikri Milli Məclisin deputatı Astan Şahverdiyev deyib.

A.Şahverdiyev bildirib ki, son illər bu təbəqəyə aid insanların həyat şəraitinin yaxşılaşdırılması yönündə ciddi addımlar atılır. Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə tikilib istifadə verilən qəsəbələr buna sübutdur.

«Təbii ki, bu qayğını məcburi köçkünlər minnətdarlıqla qarşılayır. Amma biz bilirik ki, bunlar müvəqqətidir. Bu insanlar öz doğma torpaqlarına qayıdacaqlarına inanırlar. Dövlətimizin həyata keçirdiyi siyasət həmin günü yaxınlaşdırır»- deyə, A.Şahverdiyev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv