YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil

Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması Azərbaycanı dünyada sosial dövlət modelini uğurlu tətbiq edən ölkə kimi tanıdıb.

Bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib.

Millət vəkili bildirib ki, işğalçı Ermənistanın avantürist hakimiyyətinin baş nazirinin öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə etməsi, guya işğalçı ölkənin bir çox parametrlər üzrə Azərbaycanı qabaqlaması isə gülünc səslənir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını, bütün əsas parametrlər üzrə ölkəmizin işğalçı Ermənistanı böyük fərqlə qabaqladığını dəqiq rəqəmlərlə, tutarlı faktlarla nəzərə çatdırıb.

Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdə, makroiqtisadi sahədə 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollar, Ermənistanda isə cəmi 13 milyard dollar, Azərbaycanda əməkhaqları və pensiyaların işğalçı qonşu ölkə ilə müqayisəedilməz dərəcədə yüksək olduğunu, minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdə, minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu yerdə dayandığını nümayiş etdirən faktlar Ermənistanın ölkəmizdən çox geridə qalmasının, bir dövlət kimi tənəzzülünün sübutudur. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin müşavirədə səsləndirdiyi bu rəqəmlər, ölkəmizin inkişafının, tərəqqisinin işğalçı qonşu ölkə ilə müqayisəedilməz dərəcədə yüksək olduğunun göstəricisi, əyani sübutudur.

“Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim” - Prezident İlham Əliyevin səsləndirdiyi reallığa, humanizmə əsaslanan bu fikirlər Ermənistanın əhalisini də düşündürməlidir. Onlar reallıqlara nəzər salıb illərlə avantürist hakimiyyətlərinin baş naziri Paşinyanın yalan məlumatlarla onları necə aldatdığına əmin ola bilərlər-deyə millət vəkili bildirib.