Xəbərlər
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/44ba6c3b8ee0791137d8d77aa1856cb2.jpg&w=360)
Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bu gündən seçkinin təbliğat-təşviqat kampaniyasına start verib.
İlk olaraq partiyanın rayon təşkilatının Gənclər Birliyinin fəallarından və təbliğat-təşviqat üzvlərindən təşkil olunmuş qruplar tərəfindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Aqiyə Naxçıvanlının seçki plakatlarını 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin əhatə etdiyi Oğuz rayonu üzrə 37 seçki məntəqəsinin ərazisində qurulmuş təşviqat lövhələrinə vurulub.
Tərtib olunmuş qrafikə uyğun olaraq rayon seçiciləri ilə görüşlər keçiriləcək.