YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sumqayıt şəhər təşkilatı təbliğat kampaniyasına başladı

Fevralın 9-da keçiriləcək parlament  seçkilərilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyasının  bütün şəhər və rayon təşkilatlarında olduğu kimi, YAP Sumqayıt şəhər təşkilatının Seçki Qərargahının təbliğat-təşviqat qrupları da Sumqayıt şəhərində təbliğat üçün ayrılmış xüsusi lövhələrə Yeni Azərbaycan Partiyasının nəmizədlərinin plakatlarını yapışdırıblar.

Vurğulamaq lazımdır ki, Sumqayıt şəhərinin inzibati ərazisi üzrə dörd seçki dairəsi fəaliyyət göstərir. YAP tərəfindən 41 saylı Sumqayıt 1-ci Seçki Dairəsindən Hüseynova Hicran Kamran qızının, 42 saylı Sumqayıt 2-ci Seçki Dairəsindən Mirikişili Tahir Famil oğlunun, 43 saylı Sumqayıt 3-cü Seçki Dairəsindən Hacıyev Emin Məcid oğlunun, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Məmmədov Müşviq Fazil oğlunun namizədliyi irəli sürülüb.

 

DİGƏR Xəbərlər Arxiv