Xəbərlər
Edi Rama: ATƏT-ə sədrliyimiz dövründə Ermənistan-Azərbaycan münaqişəsinin həlli gündəlikdə mühüm yer tutacaq
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/e14785e243a8844e4f51e96beee9959f.jpg&w=360)
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bu il gündəliyimizdə mühüm yer tutacaq.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri Edi Rama Vyanada Daimi Şuraya ölkəsinin 2020-ci il üçün ATƏT-dəki sədrliyinin prioritetlərini təqdim edərkən deyib.
O bildirib: “Ukraynadakı və onun ətrafındakı böhran Avropanın ən aktual təhlükəsizlik problemi olaraq qalmaqdadır. Gərginliyin azaldılmasında, sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində Xüsusi Monitorinq Missiyasının töhfəsi çox vacibdir. Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səyləri, eləcə də Dnestryanı münaqişənin nizamlanma prosesi sədrliyimiz dövründə gündəlikdə mühüm yer tutacaq”.