YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: İlham Əliyev bütün dünyada müasir dünyagörüşlü, cəsarətli, uzaqgörən siyasətçi və dövlət başçısı kimi tanınır

“Dekabrın 24-ü Prezident İlham Əliyevin doğum günüdür. Hər bir azərbaycanlı kimi mən də doğum günü münasibətilə cənab Prezidenti təbrik edir, Ona möhkəm cansağlığı və sərəfli işində yeni-yeni uğurlar arzulayıram”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində paylaşıb.

Əli Əhmədov bildirib ki, Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm uğurlar İlham Əliyevin adı ilə bağlıdır. Onun strategiyası və fədakarlığı sayəsində Azərbaycan dünyanın ən uğurlu gənc dövləti imicini qazanıb. Müasirləşmə, yeniləşmə böyük iqtisadi tərəqqi və dövlətin qüdrətinin artması ilə müşaiyət olunur. Son 15 il ərzində ölkənin siması tanınmaz şəkildə dəyişib, həyat standartları əhəmiyyətli dərəcədə yüksəlib. İndi Azərbaycan öz gələcəyinə daha inamla və böyük ümidlərlə baxır.

“İlham Əliyev bütün dünyada müasir dünyagörüşlü, cəsarətli, uzaqgörən siyasətçi və dövlət başçısı kimi tanınır və etiraf edilir. Əhalinin Ona bəslədiyi möhtəşəm hörmət və etimad şəxsiyyətinə və fəaliyyətinə verilən ən böyük qiymətdir. İnanıram ki, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsində dövlətimizə, ölkəmizə və xalqımıza bundan sonra da xidmət edəcək, Azərbaycanı daha yüksək zirvələrə qaldıracaq”-deyə, Əli Əhmədov vurğulayıb.