YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Xalqlar dostluğu sülhün təməlidir

“Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan və Ukrayna arasındakı münasibətlər köklü münasibətlərdir.  Ukrayna Prezidentinin ilk öncə Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etməsi bir daha Ukraynanın Ulu Öndərə və Azərbaycan xalqına olan münasibətini təzahür etdirir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Azərbaycan ilə Ukrayna arasındakı əməkdaşlıq inkişaf edərək strateji əməkdaşlığa, dostluğa çevrilib. Onun sözlərinə görə, Azərbaycan-Ukrayna iqtisadi münasibətləri inkişaf etdikcə qarşılıqlı sərmayə qoyuluşu sürətlənir. “SOCAR” Ukraynaya xeyli sərmaye qoymuş, bu proses davam etdirilir. Bir sıra iqtisadi layihələr həyata keçirilir. Azərbaycan Ukraynada ticarət mərkəzi açmış, Ukraynada Azərbaycanda ticarət evi açmış, iqtisadi münasibətlər getdikcə inkişaf xətdi ilə artmaqda davam edir.

“Ölkələrarası münasibətlərdə mədəni münasibətlərdə əsas yer tutur. Bakı Slavyan Universitetində Ukraynanın Tədris-Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi, Ukraynanın tanınmış şairi Taras Şevçenkonun Bakıda, Zaqatalada heykəlinin qoyulması, Ukraynada təhsil ocaqlarında Azərbaycanın Mədəniyyət Mərkəzlərinin açılması, Nəsiminin Ukraynada heykəlinin ucaldılması iki dost ölkə arasındakı münasibətlərin möhkəmliyindən xəbər verir. Azərbaycan və Ukrayna Prezidentlərinin biznes forumda iştirak və çıxış etmələri hər iki ölkə arasındakı münasibətlərin nüfuzundan xəbər verir. Ukrayna Prezidenti V.Zelenski Azərbaycandakı inkişafı, abadlıq quruculuq, əhalinin sosial vəziyyətinin yaxşılaşması və digər məsələlərin Ukraynada da olmasını arzuladığını dilə gətirdi və buna heyran olduğunu bildirdi”-deyə, deputat qeyd edib.