YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Qusman: Mehriban Əliyeva Azərbaycanda rus dilinin inkişafına böyük əhəmiyyət verir

“Heydər Əliyev millətlərarası ünsiyyət dili kimi rus dilinin rolunu və əhəmiyyətini yüksək qiymətləndirir və çox mühüm hesab edirdi. O, sovet respublikasına rəhbərlik etdiyi illərdə, daha sonra Azərbaycan Prezidenti vəzifəsində rus dilinin Azərbaycanda özünü ünsiyyət dili kimi hiss etməsi üçün çox işlər görüb”.

Bu sözləri TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman müsahibəsində söyləyib. Azərbaycanda heç bir rus məktəbinin bağlanmadığını, Rus Dram Teatrının fəaliyyət göstərdiyini, ali məktəblərdə rus dilinin tədris olunduğunu vurğulayan Mixail Qusman deyib: “Bu, hazırda Prezident İlham Əliyev tərəfindən xüsusi əzmlə və məqsədyönlü şəkildə yürüdülən dövlət siyasətinin nəticəsidir. Rus dilinin humanitar ünsiyyət dili kimi inkişafında Heydər Əliyev Fondu da böyük rol oynayır. Azərbaycanın Birinci vitse–prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva buna nəinki böyük əhəmiyyət verir, o, həm də rus dilinin inkişafına şərait yaradan tam bir sıra tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, Mehriban Əliyeva məhz burada, Rusiyaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına, o cümlədən rus dilinin Azərbaycanda dəstəklənməsinə görə Rusiyanın yüksək “Dostluq” ordeninə layiq görülüb”.