YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Cəmiyyətimiz bu islahatların müsbət nəticələrini hiss etməkdədir

“Son 16 ildə müstəqil Azərbaycan həyatın bütün sahələrində böyük uğurlara imza atıb. Respublikamız dünyada inkişaf prioritetlərini və onlara çatmaq yollarını düzgün müəyyənləşdirən nümunəvi dövlət kimi tanınır”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, hazırda respublikamızın ayrı-ayrı istiqamətlər üzrə qazandığı inkişaf göstəriciləri dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatıb. Bütövlükdə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan fəaliyyəti  nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.
Əlbəttə, inkişaf barədə söhbət açarkən ilk növbədə bunu şərtləndirən amillərə nəzər salmaq lazımdır. Azərbaycanın qazandığı uğurların təməlində dayanan bir sıra amilləri sadalamaq mümkündür ki, bunların sırasında islahatlar xüsusi önəm daşıyır.

“Həqiqətən də, Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri məhz ölkədə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır. İslahatlar sosial-iqtisadi sahədən başlamış məhkəmə-hüquq, qanunvericilik sahələrini də əhatə edir. Eyni zamanda, həyata keçirilən kadr islahatları da cəmiyyətdə rəğbətlə qarşılanır. Beləliklə, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən ölkəmiz öz inkişafını, bir qayda olaraq, zamanın dəyişən tələblərinə uyğun qurur. Uğurların miqyasını artırmaq üçün qarşıya yeni hədəflər qoyulur və onlara çatmaq yolları müəyyənləşdirilir. Biz son illərdə respublikamızda müxtəlif sferalarda dəyişiklikləri özündə ehtiva edən mühüm qərarların qəbul edilməsinin şahidi olmuşuq. Dövlət başçısının imzaladığı çoxsaylı Fərman və sərəncamlarla təsdiqlənən bu qərarlar inqilabi səciyyə daşıyır. Bütövlükdə, cəmiyyətimiz bu islahatların müsbət nəticələrini hiss etməkdədir”-deyə, deputat qeyd edib.