YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məmməd Məmmədov: Azərbaycan hər keçən gün ərzində yeni-yeni uğurlar əldə edir

“Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa müddət ərzində ölkəmiz sosial-iqtisadi inkişaf və dünya sisteminə inteqrasiya sahəsində çox böyük nailiyyətlər əldə edib. Ən böyük nailiyyətlərimizdən biri də ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində sosial-iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli -Azərbaycan modeli yarandı”. Bu fikirləri yap.org.az saytına Dövlət Sığorta Şirkətinin sədri Məmməd Məmmədov deyib.

M.Məmmədov bildirib ki, bu gün Ulu Öndərin milli dövlətçilik konsepsiyasının bütün atributları öz real təsdiqini tapmaqla Azərbaycanı iqtisadi, siyasi, sosial, humanitar inkişaf yoluna çıxarmışdır. Onun sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və son 16 ildə davam etdirilən siyasət nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan hər keçən gün ərzində yeni-yeni uğurlar əldə edir. Məhz bu uğurların fonunda beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilən ölkəmiz, eyni zamanda, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də tanınır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət, həmçinin müxtəlif sahələri əhatə edən islahatlar öz müsbət nəticələrini verməkdədir.     

“Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərin reallıqları ondan ibarətdir ki, ölkəmizin dinamik iqtisadi inkişafı sığorta bazarına təsirsiz ötüşməyib. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini daha da gücləndirmək üçün sığorta bazarının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb”-deyə, M.Məmmədov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv