YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Mehriban xanım Əliyevanın təşəbbüsü Azərbaycanın qlobal ekoloji tarazlığın qorunmasına töhfəsi, vətəndaş həmrəyliyimizin nümunəsi kimi yadda qalacaq

“Azərbaycan Respublikasının birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük şair Nəsiminin xatirəsinin əbədiləşdirilməsi, dünyada tanıdılması, həmçinin ekoloji mühitimizin sağlamlaşdırılması və yaşıllıqların daha da artırılması üçün təşəbbüsü Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılandı və yüksək dəyərləndirildi. Elə ötən gün 650 mindən çox ağacın əkilməsi və bu prosesdə bütün respublika regionlarının əhalisinin iştirak etməsi xeyirxah təşəbbüsə olan ictimai dəstək və etimad idi”. Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Kamilə Əliyeva bildirib ki, bir gündə 650 min ağacın əkilməsi yaşıllıqların artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına müsbət təsir göstərəcək: “Hərkəs bilir ki, bu gün ekoloji balansın pozulması dünyanı narahat edən bir məsələdir. Bu problemin aradan qaldırılması üçün hər bir insan öz qüvvəsini sərf etməlidir. Odur ki, ekoloji problemlərin həlli istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü təqdirəlayiqdir”.
“Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq. Bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq” – deyən Kamilə Əliyeva əlavə edib ki, bu təşəbbüsün Azərbaycan təbiətinin yaxşılaşmasına böyük təsir göstərmiş olacaq: “Bu təşəbbüs, ölkəmizin yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına böyük töhfə olacaq. İnsanların bu təşəbbüsə kütləvi şəkildə qoşulması isə respublikamızda vətəndaş birliyinin əyani təzahürü oldu. Bir sözlə, Mehriban xanım Əliyevanın təşəbbüsü Azərbaycanın qlobal ekoloji tarazlığın qorunmasına töhfəsi, vətəndaş həmrəyliyimizin nümunəsi kimi yadda qalacaq”.

DİGƏR Xəbərlər Arxiv