YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq

“Həcm etibarilə 2020-ci ilin büdcəsi müstəqillik tariximizin ən böyük büdcəsidir. Bu, uğurlu bir büdcə sənədidir”. Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Mirzəzadə bildirib ki, büdcəmizin gəlir hissəsi 24,5 milyard manat, xərc hissəsi isə 26,9 milyard manatdır: “Göründüyü kimi doğrudan da həcm etibarilə çox böyük büdcədir. Büdcəmiz 2020-ci ildə həm sosial, həm investisiya yönümlü olacaq. Sosial yönümlü büdcəmizin ən üstün cəhəti ondan ibarətdir ki, növbəti ildə 2,6 milyard manat sosial tədbirlərə daha çox vəsait ayrılıb. Bu isə əmək haqqının, pensiya və təqaüdlərin yenidən artımı üçün bizə imkan verəcək”.

Millət vəkilinin sözlərinə görə, büdcənin sosial yönümlü olması həmçinin zəruri xərclərin - ərzaq, dərman kimi xərclərin ödənişini təmin etmiş olacaq. “Digər tərəfdən, büdcəmiz invesitisiya yönümlüdür və 7,8 milyard manat investisiya xərclərinə vəsait nəzərdə tutulub. Bu isə ölkə iqtisadiyyatının prioritet istiqamətlərində layihələrin həyata keçirilməsi deməkdir. İnfrastrukturların yenilənməsi, dəyər gətirəcək yeni layihələrin həyata keçirilməsi bağlı bu vəsaitlər nəzərdə tutulub. Bütövlükdə, həm kənd təsərrüfatında, sənaye sahəsində, eləcə də digər istiqamətlərdə tədbirlərin layihələşdirilməsi üçün büdcəmizdə vəsait nəzərdə tutulub. Düşünürəm ki, büdcənin həcm etibarilə böyük olması bütün sahələrin daha da  inkişafına zəmin yaradacaq”-deyə, A.Hüseynov qeyd edib.