YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir

“Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Ölkəmizdə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin gücləndirilməsi baxımından çox böyük önəm kəsb edir. Bu mənada Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif dinlərin daşıyıcıları olan xalqlar arasında dialoqun qurulması üçün çox önəmlidir. Bakıda keçirilən Dünya dini liderlərinin II Sammiti də bu baxımdan əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, hazırda dünyanın bir sıra nöqtələrində münaqişələr, dini dözümsüzlük , radikalizm mövcuddur. Sammitin əsas məqsədi də beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılmasının və qlobal dialoqun gücləndirilməsinin vacibliyini bir daha bəyan etməkdir: “Azərbaycan bütün mənalarda Şərq və Qərb arasında körpüdür və dinlər, sivilizasiyalar arasında dialoqa böyük töhfələr verir. Qlobal miqyasda mühüm beynəlxalq tədbirlərdən biri olan bu sammit dünya ictimaiyyətinin diqqətinə dinlərarası, mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Hesab edirəm ki, Dünya dini liderlərinin II Sammiti ayrı-ayrı dinlərin daşıyıcıları olan xalqlar arasında dialoqa mühüm töhfədir. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış etdi. Dövlətimizin başçısı çıxışında tolerantlıq və multikulturalizm kimi dəyərlərə böyük önəm verən ölkəmizin inkişafı, qazanılan uğurlar, eləcə də dünyada baş verən proseslərlə bağlı fikirlərini bildirdi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini bir daha bu yüksək tribunadan dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Mötəbər tədbirdə digər ölkələrin də din xadimləri və təmçilçiləri dünyanı düşündürən, narahat edən poblemlərdən danışdılar, bundan çıxış yolları haqqında fikirlərini bildirdilər. Xüsusilə, Azərbaycana bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür edildi”.

S.Fətəliyeva söyləyib ki, Azərbaycan dünyada tolerantlıq məkanı kimi tanınır: “Eyni zamanda, multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib. Əsrlərdir ki, müxtəlif mədəniyyətlərin nümayəndələri burada sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bütün bunlar sammitdə yüksək qiymətləndirildi. Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsində də Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına,

din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi vurğulanıb”.