YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il Azərbaycandan 9,6 milyard kubmetrədək təbii qaz göndərilib

On ayda Azərbaycandan 9 milyard 590 milyon 60 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın dəyəri 1 milyard 882 milyon 541 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin müvafiq dövründə ölkədən 6 milyard 184 milyon 175 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 1 milyard 209 milyon 621 min dollar olmuşdu.