YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir

“Azərbaycan beynəlxalq səviyyədə nüfuzu günü-gündən artmaqdadır. Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, son vaxtlar ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirilməsi buna sübutdur. Onun sözlərinə görə, biz bu yaxınlarda Qoşulmama Hərakatının dövlət və hökümət başçılarının 18-ci zirvə görüşünü Bakıda keçirdik. Bu toplantıda 159 ölkə və beynəlxalq təşkilatdan olan nümayəndələr iştirak edirdi. Azərbaycanın bu hərakatda sədrlik etməyə başlaması onun nüfuzunun göstəricisidir. Bir neçə gün bundan əvvəl ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika konqresinə ev sahibliyi etmək hüququ qazanması da təbii ki, ölkəmizin inkişafı ilə birbaşa bağlıdır.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə innovasiyaların və texnologiyaların inkişaf etdirilməsi istiqamətində böyük addımlar atılıb layihələr həyata keçirilib. Bu gün Azərbaycanın 3 peyki var və dünyanın üçdə birinə kosmik xidmətlər göstərir. Yəni belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinə dünya dövlətlərinin dəstək verməsi heç də təsadüfi deyil. Oktyabırn 29-da “ Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi qəbul edən Prezident İlham Əliyev konqresdən sonrakı dövrün Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalı olduğunu deyib. Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi də ölkəmizin dünyanın inkişaf etmiş astronavtika sənayesi haqqında yeni zəngin məlumatlar, texnologiyalar əldə etməsi üçün imkanlar yaradacaq”-deyə, deputat qeyd edib.