YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Agentliyinin sədri YAP İcra Katibliyində partiyanın gənc üzvləri ilə görüşüb

Oktyabrın 30-da  Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev partiyanın gənc üzvləri ilə görüşüb.

Görüşdə YAP İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, millət vəkilləri, partiyanın gənc üzvləri iştirak ediblər.