YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Beynəlxalq təsisatlarda xalqların öz müqəddaratını həll etməsi prinsipini irəli sürən Ermənistan bütün cəhdlərində məğlubiyyətə uğrayıb

“Bir neçə gün öncə Azərbaycan BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisata –Qoşulmama Hərəkatı təşkilatına sədr seçilib. Azərbaycan “Bandunq” prinsiplərini əsas götürməklə növbəti 3 il  ərzində təşkilatı beynəlxalq tədbirlərdə təmsil edəcək. Təşkilatın əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. Hərəkat daxilində razılaşdırılmış  mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.  Odur ki, təşkilata sədrlik Azərbaycana xarici siyasətdə müəyyən üstünlüklər qazandıracağı şübhəsizdir”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyəti birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq edib. Və bunu xaici siyasətimizin ciddi uğuru saymaq olar. Onun sözlərinə görə, Yekun sənədlə bağlı ən maraqlı, həm də gülünc   mövqeyi isə işğalçı dövlət Ermənistan sərgiləyib. Ermənistan təşkilatda müşahidəçi qismində iştirak edir və ölkəmizdə olan tədbirə qatılmamışdı. Yekun sənədin təsdiqindən sonra 28.10.2019-cu il tarixində Ermənistan Xarici işlər Nazirliyi yaydığı bəyanatda Qoşulmama Hərəkatına üzv olan dövlətləri  “məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə” “ittiham” edərək,  beynəlxalq hüquq və normalara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanaraq sülh prosesinin ruhuna, məntiqinə və istiqamətinə uyğun hərəkət etməyə “çağırmışdır”.

“Ermənistan işğal altında saxladığı və özünün də rəsmən tanımadığı Dağlıq Qarabağla bağlı bu cür bəyanatları hansı məntiqdən çıxış edərək ifadə etməsi sual doğurur.  120 dövlətin aldığı qərarı sorğulamaq, ədalətsiz saymaq istəyi  yalnız xəstə təfəkkürün məhsulu ola bilər.  Dəfələrlə beynəlxalq təsisatlarda xalqların öz müqəddaratını həll etməsi prinsipini irəli sürən Ermənistan bütün cəhdlərində məğlubiyyətə uğrayıb. Bizə ikli standartlar nümayiş etdriən ölkələr, hər halda beynəlxalq hüquq və prinsiplərə qarşı çıxa bilmədiklərindən heç olmasa həqiqəti qəbul etməli olublar. Bu gün Azərbaycanı dözümsüzlükdə və nifrət siyasətinin yürüdülməsində “ittiham” edən Ermənistan minlərlə azərbaycanlının qətl ediıməsində məsuliyyət daşıyır. Yaxşı olardı ki, onlar az da olsa bu haqda da fikirləşsinlər.   Hər halda bu münaqişə Azərbaycana vurduğu zərər qədər də, Ermənistanı da zərərə uğradıb. Türkiyə  və Azərbaycanla sərhədlərinin bağlı olması, regionda böyük beynəlxalq layihələrdən təcrid olunmaq Ermənistan iqtisadiyyatının tənəzzülünün əsas səbəblərindəndir. Sadə erməni xalqı bunu anlayır və Ermənistanda bu mövzular mütəmadi olaraq müzakirə olunur.  Daxili kütləyə hesablanmış boş-boş bəyanatlar isə rəsmi hay-küydən, göstərişlə pərdəlnmiş təlaşdan başqa bir şey deyil. Zaman isə dayanmır və bu müddətdə görünən odur ki, zaman Azərbaycanın xeyrinə işləyir. Məhz dünyda ikinci ən böyük təsisata rəhbərlik, ölkəyə, onun təhlükəsizliyinə və haqq ədalət axtarışına  inamdan, etimaddan irəli gəlir”-deyə, deputat qeyd edib.