YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Azərbaycan tərəfinin ciddi etirazı ABŞ Dövlət Departamentinə çatdırılıb

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun “nümayəndəsi”nin ABŞ-a getməsi ilə bağlı KİV-in sualını cavablandırıb.

Leyla Abdullayeva Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçisi” Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı səfirinin Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırdığını bildirib. “Səfirliyimiz tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlanıb. Eyni zamanda, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinə də bu xüsusda etirazımız çatdırılıb”, - deyə mətbuat katibi əlavə edib.

XİN rəsmisi bildirib ki, qondarma qurumun “təmsilçisi”nin viza müraciətində yanlış məlumatlar verdiyi halda, bu məsələyə ABŞ tərəfindən göz yumulmasının və ABŞ-ın ümumi siyasətinə uyğun gəlməyən bu yanaşmanın təəccüb doğurduğu ABŞ rəsmilərinin qarşısında qaldırılıb. ABŞ tərəfi M.Mayilyanın səfərinin şəxsi xarakter daşıdığını və administrasiyanın onu dəstəkləmədiyini və onun hər hansı administrasiya rəsmisi tərəfindən qəbul edilməyəcəyini bildirib. ABŞ-ın separatçı rejimi tanımamaq siyasətinin dəyişməz olaraq qaldığı vurğulanıb.

Qeyd etmək istərdik ki, sözügedən məsələ ilə bağlı ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən Dövlət Departamentinə etiraz notası ünvanlanacaq. Eyni zamanda, Xarici İşlər Nazirliyi ABŞ-ın Bakıdakı səfirliyinə etirazını bildirəcək.