YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: İrəvandakı sammit Ermənistanın strateji tərəfdaş, müttəfiq hesab etdiyi ölkələr tərəfindən ciddi qəbul edilmədiyini ortaya qoydu

“Ermənistan hakimiyyəti İrəvanda Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının Zirvə toplantısına ciddi hazırlaşsa da, toplantı Paşinyan hakimiyyətinin gözlədiyi kimi istənilən nəticəni vermədi. Hətta Avrasiya İqtisadi İttifaqının əsas aparıcı ölkəsi olan Rusiya və onun dövlət başçısı Vladimir Putin sammitdə elə də ciddi fəallıq nümayiş etdirmədi. Ermənistan rəhbərliyi ilə çox soyuq görüşdü”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, V.Putin Paşinyanla ancaq sammit bitəndən sonra  qısa bir görüş keçirdi və bu görüşdə də hər hansı ciddi məsələ müzakirə edilmədi. “Bunu Rusiyanın Ermənistanın mövcud hakimiyyətinə olan münasibətinin göstəricisi hesab etmək olar. Burada bir məsələyə də diqqət yetirmək lazımdır. Putin İrəvanda  sabiq prezident Robert Köçəryanın xanımı ilə görüşməklə, əslində, Paşinyana açıq mesajını vermiş oldu”- M.İbrahimqızı deyib. Millət vəkili qeyd edib ki, İrəvandakı keçirilən sammit  hətta Ermənistanın strateji tərəfdaş, müttəfiq hesab etdiyi  ölkələr tərəfindən ciddi qəbul edilmədiyini ortaya qoydu.

Onun fikrincə, İrəvandakı sammitdən  bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə işgüzar səfəri, orada Rusiya prezidenti Vladimir Putinlə görüşməsi, bu görüşdə müzakirə edilən məsələlərin ciddiliyi, “Valday” Beynəlxalq Disskusiya Forumunda iştirakı Azərbaycan olan münasibətin təzahürüdür. “Azərbaycan Prezidenti İlham Əliyevin Putinlə keçirdiyi görüşdə müzakirə olunan məsələlərə nəzər yetirməklə biz  Azərbaycana və onun dövlət başçısına olan münasibəti açıq-aydın görə bilərik. Görüşdə ticari-iqtisadi, kənd təsərrüfatı, humanitar sahə ilə yanaşı, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq kimi məsələlərin ciddi müzakirə edilərək, razılığa gəlinməsi münasibətlərin hansı səviyyədə olmasının bariz göstəricisi hesab etmək olar”- M. İbrahimqızı vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv