YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: 3 oktyabr Azərbaycan xalqının həyatında unudulmaz tarixdir

“3 oktyabr Azərbaycan xalqının həyatında unudulmaz tarixdir. Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Müasir müstəqil Azərbaycanın inkişafı həmin gündən başlayır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtddıqdan sonra məhz ölkədə başa alıb gedən hərc mərcliyin, silahlı qarşıdurmaların, iqtisadi-siyasi böhranın qarşısı alındı, törpaqlarımızın işğalının davam etməsinə son qoyuldu. Eləcə də, aclıq, səfalət aradan qaldırıldı və nailiyyətlərin təməli qoyuldu. Onun sözlərinə görə, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” kimi mühüm  tarixi əhəmiyyəti olan sənəd imzalandı, həmçinin ordumuz formalaşdı, ictimai-siyasi sabitlik yaradıldı. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənməyə başladı, insanların sosial vəziyyətinin yaxşılaşmasına doğru addımlar atıldı  və bu öz nəticələrini verməyə başladı.

“İlk növbədə qeyd etməliyik ki, Ulu Öndər  Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın müstəqilliyini qoruyub saxladı. O, ölkəni parçalanmaqdan xilas etdi. Bütün bunlara görə, xalqımız Heydər Əliyev ideyalarının ölməzliyini, davamlılığını bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində, xeyirxah əməllərində görür və fəxr edir. Bu gün Ulu Öndərin arzuları çiçəklənir. İndi Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən dövlətlərindən biri kimi tanınır, ən mühüm sosial islahatlar həyata keçirən ölkə kimi tarix yazır. Bakı ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın dünya dövlətləri arasında nüfuzu gündən günə artır və möhkəmlənir. Maddi kapitalı insan kapitalına çevirən Azərbaycan dövləti və xalqı bütün  nailiyyətləri ilə məhz Ulu Öndər Heydər Əliyevə borcludur. Bu borcu Azərbaycan xalqı Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə etimadı, sonsuz məhəbbəti, sədaqəti və ölkəmizin inkişafına dəstəyi ilə nümayiş etdirir”-deyə, T.Rzayev vurğulayıb.