YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Xorvatiya arasında siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə olunub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın Xarici İşlər naziri Qordan Qrliç Radman ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, Elmar Məmmədyarov xorvatiyalı həmkarını Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin hazırkı vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib.

 

DİGƏR Xəbərlər Arxiv