YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Torpaqlarımız işğaldan azad ediləcək

“Azərbaycan Ordusu istəsə, torpaqlarımızı çox qısa müddətdə azad edər. Amma Prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir”. Bu fikirləri Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Həsənov Sumqayıtda keçirilən  Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və fəalları ilə müşavirədə  deyib.

Ə.Həsınov bildirib ki, torpaqlarımız işğaldan azad ediləcək: “Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəldi. Məsələnin müsbətə doğru həll ediləcəyinə ümidimiz var idi. Amma Paşinyan da qeyri-konstruktiv yol tutub. Hamı bilsin ki, dövlətimiz Dağlıq Qarabağı hər an işğaldan azad edə bilər. Biz o torpaqları işğaldan azad edəcəyik”.

YAP Sədrinin müavini, həmçinin xaricdəki mühacir azərbaycanlıları da tənqid edib. O qeyd edib ki, mühacirlər ələ alınıb, Azərbaycana qarşı istifadə edilirlər: “Bu insanlara qarşı susmaq lazım deyil. İnzibati tədbir görməklə tərbiyə mümkün deyil. Bu, daha çox ictimai qınaq səviyyəsində olmalıdır”.