YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər

“Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, ölkəmizin iqtisadi inkişafı sürətləndikcə, ordu quruculuğu möhkəmləndikcə, Ermənistan höküməti təşviş içində olmaqla, son vaxtlar hökümətdən qopmalar baş verir. Onun sözlərinə görə, Baş nazir Paşinyanın sərsəm bəyanatları erməni xalqını daima təşvişdə saxlamaq məqsədilə siyasi şou yaradır.

 “Bu gün dünya ölkələridə başa düşür ki, Azərbaycanın qüdrətli ordusu var güclü iqtisadiyyatı və güclü lideri var. Bütün bunlar imkan verir ki, Azərbaycan sülh yolu ilə Dağlıq Qarabağın azad olunmasına nə qədər səy göstərirsə də nəticə uzandıqca bu münasibətə digər yollarla müdaxilə vəziyyətidə var. Ermənistana havadarlıq edən ölkələr Ermənistanın ümumi vəziyyətini görərək müxtəlif vasitələrlə təsir etməyə çalışır, hətda üz döndərmək ehtimalını ortaya qoyurlar. Azərbaycan Rusiya münasibətəri yüksək səviyyədə olması təbii ki Ermənistanı narahat edir. Dağlıq Qarabağ Erməniləri yaxşı bilirlər ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpaqlarıdır. Gec tez bu toraqlara Azərbaycan özü nəzarət edəcək. Ermənistan siyasətçiləri və iqtisadçıları da etiraf  edirlər ki, Ermənistanın müharibə aparması üçün heç bir imkana malik deyillər yalnız siyasi popilizm öndədir”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv