YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Beynəlxalq yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir

“Azərbaycan bir çox Avropa və dünya çempionatına ev sahibliyi edib. İndi yenə də bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir”. Bu fikirləri Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki,  61 ölkənin qatıldığı yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir. Onun sözlərinə görə, bu cür yarışa ev sahibliyi etmək həm idmanın inkişafıdır, həm də siyasi məsələdir: “Azərbaycan Bakı-2015 I Avropa Oyunlarına, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1”ə, UEFA Avropa Liqasının finalına ev sahibliyi edib. İndi bədii gimnastika üzrə dünya çempionatı keçirilir. Gələn il UEFA AVRO-2020-nin 3 qrup və 1 final oyunu Bakıda təşkil olunacaq. Bütün bunlar Azərbaycanın təbliğatıdır”.

“Dünya çempionatının keçirildiyi Milli Gimnastika Arenası bu idman növü üzrə dünyada ən yaxşı zaldır. Bütün dünya idmançıları Bakıya axışırlar, burada məşq edirlər. Harda maddi-texniki baza var, ora inkişaf var. Hazırda ölkəmizdə bədii gimnastikaya axın müşahidə edirik. Milli idmançılarımız son beynəlxalq yarışlarda medallar qazanıblar. Bu da inkişafın bir göstəricisidir. Son 12 ildə, qısa müddət ərzində Azərbaycanın I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində idmanın bu növündə böyük uğurlar əldə olunub. Başlanğıcda bədii gimnastika üzrə cəmi 1 zalımız vardı və maddi-texniki baza yox idi. Əvvələr yalnız Bakıda bu növlə məşğul olmaq mümkün idisə, bu gün Mingəçevir, Gəncə, Göyçay, Qusar və digər bölgələrdə şöbələr yaradılıb. Artıq gənclər idmanın bu növünə meyl göstərirlər. İdmançılarımız qısa bir müddətdə 3 Yay Olimpiya Oyunlarında iştirak ediblər”-deyə, R.Əliyev vurğulayıb.