YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vidadi Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan misilsiz uğurlar qazanıb

“Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizi sürətlə inkişaf etdirir. Son illər həyata keçirilən islahatlar, reallaşdırılan iqtisadi layihələr Azərbaycanın yeni inkişaf dövrünə qədəm qoymasına səbəb olub, xalqımızın rifah halını yaxşılaşdırıb”. Bu fikirləri “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov deyib.

V.Muradov bildirib ki,  Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində görülən işlər təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə də genişmiqyaslı islahatların aparılmasına imkan verib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tərəqqi, tikinti-quruculuq meydanına çevrilən Azərbaycan misilsiz uğurlar qazanıb.

“Ölkəmizdə təkcə bir sahədə - qısa müddət ərzində xalçaçılıq sənayesinin yaradılması sahəsində görülən işlər cənab Prezidentin Azərbaycanın gələcəyi naminə necə böyük layihələr həyata keçirdiyinin bariz nümunəsidir. Xalçaçılığın tariximizin öyrənilməsində, milli mədəniyyətimizin təbliğindəki rolunu, iqtisadiyyatımızın inkişafına verəcəyi töhfələri dərindən təhlil edən dövlət başçısı 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətini yaradıb. “Azərxalça”nın bu gün respublikamızın müxtəlif şəhər və rayonlarında 21 filialı fəaliyyət göstərir. Bu xalça fabriklərində 2 min nəfərə yaxın toxucu çalışır. Yaxın zamanlarda toxucuların sayı 3 min nəfərə çatdırılacaq. Xalça emalatxanalarının yaradılması ilə yanaşı, xalça toxunması üçün lazım olan xammalın da ölkəmizdə istehsalı qarşıya qoyulan əsas vəzifələrdən biri idi. Çünki xammal olmasa kütləvi xalça istehsalının həyata keçirilməsində çətinliklər yarana bilərdi. Ona görə də Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici-Boyaq Fabriki tikilib, Naxçıvan şəhərində, Bərdə, Sabirabad, Şabran və Qobustan rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Artıq cari ilin may ayından bu məntəqələrdə yun tədarükü həyata keçirilir. Son illərin ən irimiqyaslı iqtisadi layihələrindən biri olan Yunəyrici-Boyaq Fabrikində isə avadanlıqların quraşdırılmasına başlanılıb. 2020-ci ilin birinci rübündə artıq iplik istehsalına başlanılacaq. Tədarük məntəqələrində və fabrikdə ümumilikdə 250 nəfərə yaxın insan işlə təmin olunacaq. Göründüyü kimi, son illər təkcə bir sahədə 3500-dən çox iş yeri açılıb. Ölkə rəhbəri xalça emalatxanalarını, Yunəyrici-Boyaq Fabrikini, tədarük məntəqələrini yaratmaqla minlərlə toxucunu, fermeri sevindirib. İndi hər bir xalçaçının daimi iş yeri, hər bir fermerin də yunu sata biləcəyi ünvanı var. Dövlət başçısı xalçaçılıq sənayesini inkişaf etdirməklə bir-biri ilə zəncirvari formada bağlı olan bir neçə sahəni dirçəldib, Azərbaycanın qeyri-neft sektoruna, ixrac potensialına sanballı töhfələr verib. Bütün bunların nəticəsi olaraq, xalçalarımız Azərbaycan brendi kimi dünya bazarına çıxarılır. Dünya təcrübəsi göstərir ki, brend məhsullar yüksək gəlirin əldə edilməsinə səbəb olur”-deyə, V.Muradov qeyd edib.