YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələr sırasında dördüncüdür

Azərbaycan cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına 15,8 milyon ABŞ dolları sərmayə yatırıb.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında deyilir.

Bildirilir ki, Azərbaycan bu göstərici ilə Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici ölkələr sırasında dördüncü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr Hollandiya (58,1 milyon dollar), Türkiyə (36 milyon dollar) və ABŞ (27,5 milyon dollar) olub.

İkinci rübdə Gürcüstan iqtisadiyyatına 187 milyon dollar xarici investisiya qoyulub ki, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 53,7 faiz azdır.