YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsib Məhəməliyev: Həyata keçirilən sosial siyasət xalqın rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb

“Prezident İlham Əliyevin minimum əməkhaqqının artımı ilə bağlı Sərəncamı tam zamanında atılmış qərardır”. Bu fikri  Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, ölkə başçısı tərəfindən artıq ikinci sosial paket qəbul olunub və sentyabrın 1-dən onun icrasına başlanılıb. Millət vəkilinin sözlərinə görə, ümumilikdə Azərbaycanda cənab Prezident tərəfindən aparılan sosial siyasət xalqın rifah halının yaxşılaşdırılmasına və ən əsası isə imkansız ailələrin, sosial qayğıya olanların həyat şəraitinin yaxşılaşdırılmasına hesablanıb.

“Bu baxımdan hesab edirəm ki, ölkə rəhbərinin bu addımı çox düzgün və yerində verilmiş bir qərardır. Bildiyiniz kimi sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Yaxın zamanlarda Azərbaycan xalqı bunu öz şəxsi həyatında hiss edəcək. Təbii ki, bu proses dinamik prosesdir və müəyyən zaman keçəndən sonra yenə də bu kimi addımlar olacaq. Hesab edirəm ki, ümumi orta göstəricilərə baxanda və keçmiş SSRİ respublikaları ilə müqayisə etdikdə bunu ən yüksək göstəricilərdən hesab etmək olar”-deyə, deputat qeyd edib.