YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatlar bu münaqişənin nizamlanmasında irəliləyişə nail olmağa şərait yaratmalıdır

Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatlar bu münaqişənin nizamlanması yolunda sürətli irəliləyişə şərait yaratmalıdır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları barədə sualın cavabında səsləndirib.

O bildirib ki, münaqişə tərəflərinin bəyanatları münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş ümumi səylərə uyğun olmalıdır.

Rusiya XİN nümayəndəsi deyib: “Danışıqlar prosesində “nifaq alması”na çevrilən və əlavə suallar doğuran bəyanatlardan sonra əvvəlki mövqeyə qayıtmaq həmişə çox mürəkkəb məsələdir və bu, amanabənd danışıqlar prosesinin tarazlığını poza bilər. Təəssüf ki, biz müxtəlif səviyyələrdə müxtəlif tərəflərin bu cür bəyanatlarını çox eşitmişik və bu cür bəyanatlarla yenə üzləşirik”.

M. Zaxarova deyib: “Biz daxili siyasi prosesə hörmət bəsləyirik və başa düşürük ki, siyasi quruluşun demokratik modelində insanlar istənilən mövzuda fikir söyləmək, lakin eyni zamanda müvafiq siyasi ilkin şərait formalaşdırmaq hüququna malikdirlər. Çox istərdik ki, bütün tərəflər bir başlıca şərtə əməl etsinlər – bütün resurslar münaqişənin tezliklə və dinc yolla tənzimlənməsinə yönəldilməlidir. Bu, mürəkkəb və uzun prosesdir. Düşünürəm ki, sürətlə irəliləməyin zəruri olmasını hamı başa düşür və bunun üçün bəyanatlar həmin əsas hədəfə müvafiq olmalı və ona şərait yaratmalıdır”.