YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Ölkəmizin aqrar sektorunda istehsal artdıqca xarici bazarlara daha böyük həcmlərdə məhsul göndərilir

“2019-cu ilin 6 ayı ərzində ölkədən 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2% artıb”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, Azərbaycanda aqrar sektorun inkişafını şərtləndirən amillərdən biri ölkəmizin böyük istehlak bazarları ilə əhatə olunması ilə bağlıdır. Bu bazarlarda ölkəmizdə yetişdirilən keyfiyyətli, ekoloji cəhətdən təmiz meyvə və tərəvəz yaxşı tanınır və xarici istehlakçılar öz ənənələrinə sadiq qalaraq bu məhsulları məmnuniyyətlə alırlar. Yeni şəraitdə qeyri-neft iqtisadiyyatının üstün inkişafını qarşıya məqsəd qoyan respublikamız xarici bazarlara daha böyük həcmlərdə yüksək rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı məhsulları çıxartmaqla özünün valyuta daxilolmalarını artırmaq niyyətindədir.

“Yeri gəlmişkən, son vaxtlaradək respublikamızda yetişdirilən keyfiyyətli kənd təsərrüfatı məhsulları əsasən yaxın xarici bazarlara göndərilirdi. Prezident İlham Əliyev qarşıya ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının tapşırıqları əsasında uzaq xarici ölkələrdə məhsullarımızın təbliği və tanıdılması istiqamətində müxtəlif səpkili tədbirlər görülür, logistik mərkəzlər, ticarət evləri yaradılır. Cari ilin əvvəlindən bəri respublikamızın bölgələrində yetişdirilən müxtəlif adda məhsullar bir neçə nüfuzlu beynəlxalq sərgidə uğurla nümayiş etdirilib. Həmin sərgilərdə Azərbaycan şirkətləri məhsullarımızın ixracına dair çoxsaylı müqavilələr bağlayıblar. Ümumiyyətlə, ölkəmizdə aqrar sektorda istehsal artdıqca xarici bazarlara da daha böyük həcmlərdə məhsul göndərilir”-deyə, T.Süleymanov vurğulayıb.