YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TurAz Qartalı-2019” təlimlərində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri ölkəmizə gəliblər

“TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək.

Qeyd edək ki, təlimlərdə “MiQ-29”, “F-16”, “Su-25”, “P-235” “Kasa” təyyarələri, “Mi-35”, “Mi-17”, “Sikorski” UH-70, CH-47 “Çinok” və “ATAK/AH-1W” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.